GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Metal Keramika” mövzusunda master-klass təşkil olundu


Post Image

Oktyabrın 17-18 tarixlərində Gəncə Tibb Kollecində “Ortopedik Stomatologiya” ixtisası üzrə təhsil alan tələbələr üçün “Metal Keramika” mövzusunda master-klass təşkil olunub. 100-ə yaxın tələbənin qatıldığı mühazirələrin əsas mövzusu metal-keramika dişlərin hazırlanması texnologiyaları sahəsində biliklərin praktik laboratoriyalarda əyani tətbiqi, bu sahədə beynəlxalq təcrübələrə əsaslanaraq yeni standartların tətbiqinin öyrədilməsi idi.
 Master-klassları Gülsa Grupun rəhbəri Şerif Gocaoğlu və Averon şirkətinin rəhbəri Boris Naumov keçiriblər. Mühazirələrdən qabaq tələbələrlə görüş təşkil olunub. Tədbiri giriş sözü ilə açan Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev qonaqları salamlayaraq belə master-klassların tələbələrin bilik və bacariqlarının artırılması səhəsində çox böyük önəm daşıdığını qeyd edib:

“Bu gün dövlətimizin sosial yönümlü siyasəti nəticəsində Azərbaycanda səhiyyə sahəsində çox böyük inkişaf var. Tibb müəssisələsrimiz əsaslı təmir olunub, yeni xəstəxanalar və poliklinikalar, tibb məntəqələri tikilərək masir avadanlıqlarla təchiz olunub. Bizim əsas vəzifəmiz həmin tibb ocaqlarını bilikli və qabiliyyətli mütəxəssislərlə təmin etməkdir. Bu gün Gəncə Tibb Kolleci demək olar ki, yenidən qurulub. Müasir avadanlıqlarla təchiz edilən 3 böyük laboratoriya yaradırıq. Burada təhsil alan tələbələrimiz üçün beynəlxalq təcrübəyə malik mütəxəssislərin yüksək səviyyəyəli master-klassları çox vacib və önəmlidir” deyə Mehman Rzayev əlavə edib.

Daha sonra çıxış Gülsa Grupun rəhbəri Şerif Gocaoğlu bu kimi master-klassların tələbələr üçün çox böyük əhəmiyyət daşıdığını vurğuladı. O qeyd edib ki, bu Gəncə Tibb Kollecində təhsil adına yaradılan hər bir şərait onu sözün yaxşı mənasında çox təəcübləndirib:

“Mən bu vaxtadək dünyanın 30-a yaxın dövlətində tələbələr üçün master-klasslar keçirəm. Gəncə Tibb Kolleci onlar arasında ən yaxşılardandır. Burada yüksək bilik və keyfiyyətli tibbi təhsil almaq üşün hər şərait var. Yeni yaradılan laboratoriyalarla tanış olduqdan sonra hiss etdim ki, kollecin rəhbərliyi yüksək səviyyəli və bacarıqlı tibb işçiləri yetişdirmək üçün gecə-gündüz çalışırlar” deyə Şerif Gocaoğlu əlavə edib
.
Averon şirkətinin rəhbəri Boris Noumov da çıxış edərək iki günlük master-klasların tələbələr üçün yeni texnologiyalara yiyələnmələri baxımından çox yardımçı olacağını vurğuladı. O da çıxışında Gəncə Tibb Kollecini dünyanın müasir təhsil ocaqları ilə müqayisə etdi:

“Bildiyiniz kimi biz Gəncə Tibb Kolleci ilə portnyor şirkətik. Bir il bundan qabaq “Ortopedik Stomatologiya” ixtisasında təhsil alan tələbələr üçün müasir bir laboratoriya yaratmağı düşünəndə belə bir estetik gözəl və yüksək şəraitli laboratoriya olacağını o qədər də təsəvvür edə bilməzdim. Amma indi tam məsuliyyəti ilə deyə bilərəm ki, Gəncə Tibb Kollecinin laboratoriyaları nəinki Azərbaycanın, hətta keçmiş sovetlər birliyində olan ölkələr arasında ən yaxşılardandır. Mən inanıram ki, 2 gün ərzində tələbələrə keçirilən bu master-klasslar onlar üçün yaxşı təcrübə olacaq” deyə B. Naumov bildirdi.

Çixişlardan sonra tələbələr üçün master-klasslar başladı. İki gün ərzində “Ortopedik Stomatologiya” sahəsində olan yeniliklər, metal-keramika dişlərinin hazırlanması qaydaları və bu sahədə müasir biliklər, yeni aparat və avadanlıqlarla işləmək qaydaları, bu sahədə beynəlxalq biliklər və təcrübələr tələbələr üçün aşılandı. Master-klassların ikinci günü müsabiqə yolu ilə seçilən 3 ən yaxşı tələbə AST-DENTAL şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı, digər tələbələrə isə sertifikatlar təqdim olundu.

 

18.10.2019  [ 13:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024