GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kolleci və “Odlar Yurdu” GİB-i arasında əməkdaşlıq memorandumu imzalandı


Post Image

Oktyabrın 11-də Gəncə Tibb Kolleci ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə arasında əməkdaşlıq memorandumu imzalanib. Sənəd “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikasıni nəzərdə tutur. Memorandum dövlət proqramının “Tədbirlər Planı”nın müvafiq bəndlərini nəzərə alaraq tərtib olunub. Sənədi Gəncə Tibb Kollecinin direktoru, Azərbaycan Respublikasının əməkdar həkimi Mehman Rzayev və “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova imzalayıb. Memorandumun əsas məqsədi respublikanın qərb bölgəsində ali və orta ixtisas təhsil müəssisələrində, icmalarda, məktəblərdə gənclər arasında sağlam həyat tərzi, könüllü qan donorluğu, fiziki aktiv həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, pis vərdişlərlə mübarizə və s. mühüm mövzularda maarifləndirmə tədbirlərinin keçirilməsi, bilikləri artırılması və davranışlarının təkmilləşdirilməsidir. Bu sənədə əsasən qeyd olunan mövzularda gələcəkdə birgə əməkdaşlıq nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra çıxıç edən Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayen sağlam həyat tərzinin təbliği, bəşəriyyətin əsas bəlalarından olan narkomaniya, toksikomaniya, alkoqolizmə qarşı birgə mübarizənin aparılması istiqəmətində istər hökümət, istərsə də qeyri hökümət təşkilatları ilə birgə əməkdaşlığa daima hazırdırlar və bu istiqamətdə bütün güclərini səfərbər edəcəklər.

11.10.2019  [ 15:50 ]
Bütün hüquqlar qorunur.!  ©  2024