GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı birinci oldu


Post Image

Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı növbəti uğura imza atıb. Belə ki, oktyabrın 1-dən 8-ə kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən aparılan monitorinqin nəticələrinə görə Gəncə Tibb Kolleci birinci yerə cıxmışdır. Məlumata görə 30-a yaxın Azərbaycan kolleclərinin Tələbə Gənclər Təşkilatlarının göstərdikləri fəallıq ballarla qiymətləndirilmiş və 73 balla Gəncə Tibb Kollecin TGT ən yüksək nəticə göstərmişdir. Ən yaxın izləyicisi Tovuz DSİK 47 balla ikinci, Astara PK isə 30 balla 3-cü olmuşdur.

Bu uğurlu nəticə ilə Gəncə Tibb Kollecinin Tələbə Gənclər təşkilatının üzvlərini və rəhbəri təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

09.10.2019  [ 12:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024