Gəncə Tibb Kollecinin tələbələri Ümumdünya Turizm Günü ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Gəncə Gənclər Evi” birgə təşkil etdiyi “Muzey və Tarixi abidələrimiz” adlı ekskursiyada iştirak edib. Bu barədə məlumati kollecin tələbə gənclər təşkilatından veriblər. Bildirilib ki, 30 sentyabr - 1 oktyabr 2019-cu il tarixlərini əhatə edən tur zamanı gənclərimiz Gəncədə fəaliyyət götərən muzeylərlə taniş olub, şəhərimizin qədim tarixi abidələrini ziyarət ediblər. Bu tədbirlər çərçivəsində iştirakçilara Ümumdünya Turizm Günü haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Beynəlxalq Turizm günü 1980-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Beynəlxalq Turizm Təşkilatı tərəfindən t Azərbaycanda Ümumdünya əsis olunub. Ölkəmizdə isə Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. O da ekskursiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Beynəlxalq Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.