Gəncə Tibb Kollecinin 300 nəfər tələbəsi okyabrın 1-də “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən tədbirə qatılıblar. Azərbaycan Respublikası vətəndaşlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Gəncə Şəhəri İcra Hakimiyyəti, Kəlbəcər Rayon İcra Hakimiyyəti və Gənclər Fondu ilə birgə təşkil etdiyi mərasimdə Gəncə şəhərindən və Kəlbəcər rayonundan olan bir qrup gənclər təntənəli surətdə ordu sıralarına yola salındı.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti”nin rəis müavini, general-mayor Yusif Mirzəyev vətənin torpaqlarımızn və sərhədlərimizin müdafiəsinə yollanan gənclərə vətənin keşiyində daim ayıq-sayıq dayanmağı tövsiyyə ediblər. Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda xüsusi kompozisiyalar təqdim olunub, mahnılar səsləndirilib.