Noyabrın 25-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Olimpiya çempionu Toğrul Əsgərov haqqında çəkilmiş "Ərtoğrul" filminin nümayişi və onunla canlı ünsiyyətin qurulmasını özündə ehtiva edən "Azərbaycan Olimpiya Odisseyası" adlı tədbir keçirilmişdir. Gəncə Heydər Əliyev Mərkəzində baş tutan baş tutan tədbirdə Tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, "Azərbaycan İdman Könüllüləri" İB-nin sədri Miraqil Seyidzadə, şəhər Gənclər və İdman baş idarəsinin direktoru Müşfiq Cəfərov, "Olimpiya Odisseyası" layihəsinin müəllifi Arzu Qulamov və Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov iştirak ediblər.
Görüşdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova iştirakçıları şəhər rəhbəri Niyazi Bayramovun adından salamayıb. O bildirib ki, Prezident İlham Əliyevin idmana olan xüsusi diqqəti nəticəsində bu gün dünya arenalarında Azərbaycan idmançılarının iştirakı və qələbələri günü-gündən artır. Bu il Gəncənin Avropa İdman Şəhəri seçilməsi də şəhərimizdə idmana olan böyük marağın bariz nümunəsidir. Gənclərimizin idmanla mütamadi məşğul olması, onların sağlam böyüməsinə şərait yaradır və beləliklə vətənimizə Toğrul Əsgərov kimi çempionlar bəxş edir.
"Olimpiya Odisseyası" layihəsinin müəllifi Arzu Qulamov bildirib ki, Toğrul Əsgərovun əldə etdiyi nailiyyətlər Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynayır. Bu səbəbdən Toğrul Əsgərovun əməyinə qiymət verilərək onun həyatı və qazandığı uğurlar barəsində "Ərtoğrul" adlı film çəkilib.
Çıxışlardan sonra Toğrul Əsgərova həsr olunan "Ərtoğrul" adlı film tədbir iştirakçıları üçün nümayiş etdirilib. “Olimpiya Odisseyası” layihəsi çərçivəsində lentə alınan eyniadlı ekran işində güləşçinin həyatının həm idmana qədər olan, həm də sonrakı dövrü əks olunub. Əsər Gəncədən öncə ilk dəfə İsveçrənin Lozanna şəhərində nümayiş etdirilb və Avropanın 10 ən yaxşı filmi arasında yer alıb.
Gəncə Tibb Kollecinin bir qrup aktiv tələbələrinin qatıldığı görüşdə iştirak edən gənclər suallarını Toğrul Əsgərova ünvanlayıblar. İdmançı isə öz növbəsində verilən sualları cavabsız qoymayıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi "İdman hamı üçün" şüarı altında gənclərin narkotik vasitələr və psixotrop maddələrdən istifadəsinə qarşı mübarizəyə, həmçinin sağlam həyat tərzinin aşılanması və Olimpiya prinsiplərinin təbliğ edilməsi olub.