Noyabrın 22-də Gəncə Dövlət Regional Kollecin akt zalında ölkəmizdə keçiriləcək 23 dekabr Bələdiyyə seçkiləri ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının icrası məqsədilə bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə "Sənin səsin - sənin seçimin" adlı toplantı keçirilmişdir. Tədbirin tçkilində məqsəd Azərbaycanda gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili idi. 20 nəfər Gəncə Tibb Kollecinin tələbəsinin də qatıldığı toplantıda ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmamazlığının aradan qaldırılması, gənclərin seçkilərdə fəal iştirakı və vətəndaş cəmiyyətinin inkişafına onların verə biləcək töhfələri barədə çıxışlar edildi. Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə reallaşan toplantının sonunda mövzular ilə bağlı gənclər öz münasibətlərini bildirdilər və onların seçki prosesi ilə bağlı ünvanlandığı suallar qonaqları tərəfindən cavablandırıldı.