GƏNCƏ TİBB KOLLECİ

Kollecimizin tələbələri "Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığın gücləndirilməsi" layihəsində iştirak edib


Post Image

Noyabrın 21-də  Gəncə Tibb Kollecinin tələbələri "Yerli İcmaların Fövqəladə Hallar Zamanı Sağlamlıq üzrə Dayanıqlılığın Gücləndirilməsi" layihəsinin Gəncə şəhərində təqdimatında iştirak ediblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Qırmızı Xaç Qızıl Aypara cəmiyyətinın dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi fəlakətlərin və böhranların sağlamlığa mənfi təsirlərini azaltmaq üçün Cənubi Qafqaz ölkələrinin yerli icmalarının dayanıqlılığını gücləndirməkdən ibarətdir. Bundan başqa layihə çərçivəsində pandemiya hazırlığı, epidemiya nəzarəti, su gigiyenası və sanitariya, həmçının kütləvi bədbəxt hadisələrə reaksiya, ilk yardım, psixososial dəstəklərin göstərilməsi müzakirə olunan əsas mövzular sırasında olub.

Tədbir iştirakçıları nəzəri biliklərlə yanaşı həm də praktik təlimlərdə iştirak ediblər. 

 

22.11.2019  [ 10:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024