Noyabrın 16-da Gəncə Gənclər evində “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə çərçivəsində tədbir keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan təlimdə əsas məqsəd Azərbaycanın bölgələrində yaşayan gənclərin dövlət qulluğuna marağının artırılması təşkil edir.
Tədbirdə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri, DİM-in saytından istifadə qaydaları ilə bağlı məlumat verib. Layihə çərçivəsində nəşr edilən dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu gənclərə təqdim edilib. Müxtəlif suallar ünvanlayan iştirakçılar qarşılıqlı fikir mübadiləsi aparıb.
Gəncə Tibb Kollecinin fəal tələbələrinin də qatıldığı təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Dövlət İmtahan Mərkəzinin tərəfdaşlığı ilə məqsədilə “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihənin icrasına başlanılıb. Mingəçevir Gənclər Evində baş tutan təlim zamanı Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayev iştirakçılara dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri, DİM-in saytından istifadə qaydaları ilə bağlı məlumat verib. Layihə çərçivəsində nəşr edilən dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu gənclərə təqdim edilib. Müxtəlif suallar ünvanlayan iştirakçılar qarşılıqlı fikir mübadiləsi aparıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.