Noyabrın 15-də Gəncədə Aiesec Azerbaijan və Azərbaycan Gənclər fondunun təşkilatçılığı tutan "Youth Speak forum" (“Danışır Azərbaycan gəncləri”) adlı forum keçirilib. Gəncə Tibb Kollecinin 50 bacarıqlı və qabiliyyətli tələbəsinin də qatıldığı tədbir Gənclər Evində baş tutub.
Forumun keçirilməsində əsas məqsəd gənclərin dayanıqlı inkişaf yollarını öyrənərək onların fərdi inkişafına lazımi dəstək göstərməkdir. Bunun ən münasib yolu isə gəncləri BMT tərəfindən 2030-cu ildə daha yaxşı gələcək naminə elan edilmiş “Youth for Global Goals” kampaniyasına qoşulmağa təşviq etməkdən ibarətdir.
Sonda bütün iştirakçılar sertifikatla mükafatlandırılıblar.