Gəncə Tibb Kollecininin əsası 1931-ci ildə Az.SSR-nin Xalq Səhiyyə komissarlığının qəraraı ilə ilk orta ixtisas Tibb Politexnikumu kimi yaradılmışdır. Sonradan Feldşer - Mama Məktəbinə çevrilmişdir. 1939-cu ildən N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbi , 1989-cu ildən Gəncə Tibb Məktəbi , 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmışdır (Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarı ilə Səhiyyə Nazirliyinin 25.06.2010 47 saylı əmrinə əsasən)
Gəncə Tibb kolleci dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır.
Gəncə Tibb Kollecində :
- Müalicə işi
- Mamalıq işi
- Tibbi profilaktika
- Laborator diaqnostika
- Ortopedik stomatologiya
- Əczaçılıq işi
-Tibb bacısının işi
ixtisası üzrə tələbələr təhsil alır.
Hazırda kollecdə 730 nəfər tələbə təhsil alır.Təhsil forması əyanidir. Gəncə Tibb Kollecində 88 nəfər təcrübəli və savadlı həkim –müəllim heyəti çalışır.
Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə Dövlət təhsil müəssisəsidir.
Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlanmışdır. Gəncə Tibb Kollecində həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kursları da fəaliyyət göstərir.
Kollecimizdə təhsil almış və alan bütün tələbələrə seçdikləri bu şərəfli peşənin keşməkeşli həyat yolunda uğurlar diləyirik.
Gəncə Tibb Kollecinin direktoru Respublikanın əməkdar həkimi Rzayev Mehman Elman oğlu
Direktor vəzifəsində çalışmış həkimlər
Adsız - 01.09.1931-01.12.33
Məmmədzadə - 01.12.1933-23.02.1934
Mirizadə Y. - 23.02.1934-11.03.1934
Mustafazadə L. - 11.03.1934–14.12.1935
İsmayılova N. – 14.12.1935-05.06.1936
Adsız – 05.06.1936-15.11.1936
Adsız – 15.11.1936-14.02.1939
Məmmədbəyov İsrəfil – 14.02.1939-29.12.1939
Ələkbərov Şəfi – 29.12.1939-19.03.1940
Ağayev Mikayıl – 19.03.1940-01.06.1940
Məmmədova – 01.06.1940-10.04.1941
Cəfərov Hümbət – 12.04.1941-09.04.1946
Seyidzadə Ağamir Hüseyn – 09.04.1946-13.07.1949
Əliyev Məmməd Əli oğlu – 13.07.1949-08.02.1950
Məmmədzadə Vəli Məmmədhüseyn – 08.02.1950-17.08.1951
Qurbanov Həmid Hüseyn oğlu – 26.08.1951-27.06. 1976
Hüseynov Cahangir Əli oğlu – 01.10.1976-30.10.1979
Verdiyeva Növrəstə Qafar qızı – 01.11.1979–22.06.1982
Rzabəyova Tamella Neymətulla qızı – 24.06.1982-06.06.1988
Feyzullayev Telman Abdulla oğlu – 30.08.1988–10.10.1992
Hüseynəliyev Müzadil Süleyman oğlu – 10.10.1992-09.09.1993
Feyzullayev Telman Abdulla oğlu – 09.09.1993-09.03.1995
Məmmədzadə Vamiq Vəli oğlu – 07.04.1995–27.07.2000
Məmmədov Fərhad Rəfi oğlu – 27.07.2000–28.08.2006
İbrahimov Niyazi İdris oğlu – 28.08.2006-06.09.2016
Rzayev Mehman Elman oğlu – 08.09.2016-hal-hazıradək
Kollecimizi bitirən məşhur həkimlər
Məhərrəmov Kamal Qənbər oğlu – professor
Bayramov Məhərrəm Əhəd oğlu – professor
İsmayılov Kamal Adıgözəl oğlu - məşhur uroloq
Hüseynov Məşdi Musa oğlu - məşhur lor
Talıbov Talıb Qara oğlu - kardioloq
Arxaft Yusif Nəsib oğlu - nevropatoloq
Cəfərov Axund Məmməd oğlu – cərrah
İsayev Nazir İsa oğlu – cərrah