GƏNCƏ TİBB KOLLECİ

Gəncədə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” adlı fotosərgi keçirilib


Post Image

Noyabrın 6-da Gəncə  şəhərində Mədəniyyət Nazirliyi, Yunus Əmrə İnstitutu və Türkiyənin Gəncədəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” adlı fotosərgi keçirilib. Fotosərginin açılış mərasimində  Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və həkim-müəllim heyəti  iştirak edib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. Sərgidə filologiya üzrə fəlsəfə doktoru, professor, cümhuriyyət tarixinin tədqiqatçısı Ədalət Tahirzadənin şəxsi arxivindən 60 foto nümayiş olunub.

07.11.2019  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024