01.11. 2019-cu il tarixində Gəncə Tibb Kollecinin tələbələri Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi tərəfindən "Sosial Sahibkarlıq- region gəncləri üçün yeni imkanlar" mövzusunda həyata keçirilən təlimdə iştirak etdilər.Təlimdə region gənclərinə sosial sahibkarlıq,onun prinsip və xüsusiyyətləri,dünyada və Azərbaycanda sosial sahibkarlıq imkanları,sosial sahibkarlığın QHT və xeyriyyəçilikdən fərqləri,sosial biznes və sosial siyasət mövzularında bilgilər tələbələrə çatdırılmışdır.