01.11.2019-cu il tarixində Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev orta ixtisas təhsili almaq üçün kollecimizə qəbul olunmuş bakalavrlarla görüş keçirdi.Görüşdə tələbələrlə yanaşı həkim- müəllim heyəti də iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Mehman Rzayev tələbələrə dərslərində uğurlar arzulayaraq qeyd etdi ki , Gəncə Tibb Kollecinin qarşısında duran əsas vəzifələrdən biri gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır.Ümumiyyətlə, tələbələrin vətənpərvər ruhlu bir şəxsiyyət kimi formalaşması gələcək tibb işçilərinin milli mənəvi dəyərlərinin qorunub saxlanması və peşələrinə şəfqət hissinin artırılmasına kömək edər. Müasir gənclərin elmi bilik səviyyəsini artıran və yüksək ixtisaslı tibb işçisi kimi hərtərəfli inkişafını təmin edən konfrans və tədbirlər müəllimlərin iş planında öz əksini tapmışdır.