GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Cərrahiyyə” fənni üzrə elmi-nəzəri konfrans keçirildi


Post Image

Dekabrın 26-da Gəncə Tibb Kollecinin akt zalında 2 saylı fənn birləşməsinin nəzdində olan “Cərrahiyyə” fənni üzrə növbəti elmi-nəzəri konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev tələbələrin müxtəlif mövzular üzrə bilik səviyyələrinin artırılmasında bu kimi konfransların vacib və önəmli olduğunu vurğuladı. M. Rzayev qeyd etdi ki, konfranslarda həm beynəlxalq, həm də yerli təcrübələrdən istifadə olunmaqla bilik və bacarıqların artırılmasına çalışmaq, tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün vasitələrdən istifadə etnək lazımdır.

Kollecin həkim-müəllim heyətinin və tələbələrin də qatıldığı konfransın əsas mövzuları ”Operativ cərrahiyyə,cərrahi müdaxilə”,  “Döş qəfəsinin zədələnmələri və cərrahi xəstəlikləri“ idi. Mövzular üzrə çıxışlar məruzəçilərin slayd və videoçarxları müşaiyət olundu.

27.12.2019  [ 10:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024