Gəncə Tibb Kollecində olan şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov əsaslı təmirdən sonra yenicə istifadəyə verilən laboratoriyalarla tanış olub. Kollecin direktoru Mehman Rzayev şəhər rəhbərinə laboratoriyalar haqqında məlumat verərək bildirib ki, Gəncə tibb kollecində 3 şöbə üzrə 7 ixtisasda 829 tələbə təhsil alır. Bu ixtisaslardan Ortopedik stomatologiya, Laboratoriya diaqnostikası və Tibbi profilaktika ixtisasları yenidir və həmin sahələr üzrə tələbələrin bilik və bacarıqlarını artıqmaq, təhsilin səviyyəsini yüksəltmək məqsədilə müasir laboratoriyalar yaradılıb. M. Rzayev onu da bildirib ki, yeni laboratoriyalar ən müasir texnika və avadanlıqlarla təchiz olunub. Burada Avstriyanın elektron mikroskopları, Yaponiyanın müxtəlif cihaz və aparatları quraşdırılıb. Kollecin direktoru Ortopedik stomatologiya laboratoriyasının tam yeni bir laboratoriya olduğunu, tibbi avadanlıqların isə ən müasir tələblərə cavab verə biləcəyini qeyd edərək belə laboratoriyanın ilk dəfə olaraq kolleclər arasında Gəncə Tibb Kollecində tətbiq olunduğunu vurğulayıb.
Mehman Rzayev Gəncə icra hakimiyyətinin başçısı cənab Niyazı Bayramova təhsil müəssisəsində yaxın gələcəkdə nəzərdə tutulan digər yeniliklər barədə də geniş məlumat verib. Şəhər rəhbərinin diqqətinə çatdırılıb ki, tam əsaslı təmir olunan kollecdə yaxın zamanlarda yeni idman zalı tələbələr və müəllimlərin ixtiyarına verilicək. Burada ən müasir idman qurğuları və trenajorlar quraşdırılacaq. Mehman Rzayev bundan başqa yaxın vaxtlarda Gəncə Tibb Kollecində müasir tələbə kafe-kitabxananın da inşa ediləcəyini vurğulayıb. Bildirib ki, burada fibroobtik kabellə yüksək sürətli internetin çəkilməsi və noutbukların quraşdırılması, həmçinin də tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımı şəraitlərin yaradılması, ilk dəfə olaraq incəsənətin müxtəlif növlərini əhatə edən dərnəklər də təşkil edilməsi nəzərdə tutulur.