Dekabrın 18-də Gəncə Tibb Kollecinin akt zalında “Mədəniyyət” mövzusunda növbəti konfrans keçirilmişdir. Tələbə Gənclər Təşkilatının xətti ilə təşkil olunmuş tədbirdə kollecin direktoru Mehman Rzayev, həkim-müəllim heyəti və tələbələr iştirak edib. Çıxışlarda sivil cəmiyyətlərdə davranış mədəniyyəti, ictimai nəqliyyatda özünü aparmaq qaydaları, bir birinə qarşı münasibət, böyüklərə göstərilməli olan diqqət və sayqı, istər evdə, istərsə də cəmiyyətdə danışıq mədəniyyəti, sevgi və qarşılıqlı hörmət mədəniyyəti əsas müzakirə mövzuları olmuşdir. Konfransın məqsədi tələbələrə mədəniyyət və onun formalaşdırılması mövzusunda biliklərin aşılaması olmuşdur