GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Mülki Müdafiə qüvvələrinin növbəti məşqi keçirildi


Post Image

Dekabrın 13-ü tarixində Gəncə Tibb Kollecində Mülki Müdafiə qüvvələrinin 2019-cu il üçün tədbirlər planından əlavə olaraq “Dinc dövrdə əhalinin və ərazinin mühafizəsinin təşkili, mühəndis qurğularının istismara hazır vəziyyətdə saxlanılması (yanğınsöndürmə balonlarının, yanğın əleyhinə su hövzəsinin, şlanqların, xəbərdarlıq siqnallarının) məqsədi ilə kollecin həkim-müəllim kollektivi və texniki işçiləri ilə birgə  növbəti məşq keçirilmişdir. Məşq zamanı su hövzəsindən suyu vurmaq üçün nasos işə salınmış, su şlanqlarının işlək vəziyyətdə olması yoxlanılmışdır.

Yanğınsöndürmə manqasının komanda heyəti işçilərə şlanqlardan vurulan su fəvvarəsini əyani şəkildə nümayiş etdirmişdir. Məşqdə Kollecin MM qüvvələri ilə görüş keçirilmiş və onların öz vəzifə borclarını yerinə yetirmək haqqında məlumatlar verilmiş və FH-lar zamanı hərəkət qaydaları və ilk yardım zamanı necə və hansı vasitələrdən istifadə edəcəkləri, qurğular haqqında məlumat verilmişdir.

18.12.2019  [ 10:35 ]
Bütün hüquqlar qorunur.!  ©  2024