GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin həkim-müəllimləri Göygöl rayonunda praktik dərslər keçib


Post Image

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  Gəncə Tibb Kollecinin həkim-müəllimləri Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional  Mərkəzinin növbəti maarifləndirmə tədbirində praktik dərslər keçib.

   Sentyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional  Mərkəzinin əhatə etdiyi Göygöl rayonu üzrə ümumtəhsil orta məktəblərinin 2, 5 və 6-cı siniflərinin rəhbərləri üçün kurs məşğələləri keçirilmişdir. Göygöl rayonunun mədəniyyət evində  300-ə yaxın müəllim üçün təşkil edilən tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim- müəllim heyəti də iştirak edib, ilk tibbi yardım və fövqəladə hallar zamanı göstərilə biləcək ilk yardım barədə məlumatlar vermişlər. 

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

  Polkovnik-leytenant Bəhayi Nəsirov  ilk olaraq  əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması istiqamətində aparılmalı olan işlərdən, o cümlədən hər bir vətəndaşın fövqəladə hallar zamanı həyata keçirə biləcək ilkin tibbi yardımı bilməsinin vacibliyindən danışdı. Nəsirov vurğuladı ki, FHN-nin əhalinin mühafizəsində rolu,  Mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolunun böyük olduğunu vurğuladı. O fövqəladə hallar zamanı fərdi mühafizə vasitələrinin istifadə qaydaları barədə geniş  izah verib və bu zaman düzgün davranış qaydalarını göstərib.

  Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim-müəllimləri Cəvahir Qarayeva və Nigar Nəbiyeva İlk Tibbi Yardım zamanı Epileptik tutmalar, Zəhərlənmələr, Cərəyanvurma, Travmalar, Qanaxmalar, Yanıqlar , CPR tədbirləri - Təməl həyat dəstəyi haqqında məlumatlar verib və iştirakçılara bütün prosesləri robotlar üzərində əyani olaraq göstəriblər. Həkimlərimizin geniş izahı auditoriyanın tam marağına səbəb olub və onları maraqlandıran sual-cavablar edilmişdir.

  Sonda Azərbaycan Respublikası  FHN-nin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin Həkim-müəllimləri - Cəvahir Qarayeva və Nigar Nəbiyevaya təşəkkürnamələr təqdim edildi.

 

11.09.2023  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024