GƏNCƏ TİBB KOLLECİ

M.Rzayev YAP-ın Gəncə təşkilatında ilk dəfə səs verəcək seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüşdə iştirak etdi


Post Image

Dekabrın 12-də Yeni Azərbaycan Partiyası Gəncə təşkilatında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini, millət vəkili Xanlar Fətiyev, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək son illər ölkəmizdə aparılan islahatlardan, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə partiyanın dövlətimizin inkişafına verdiy mühüm töhfələrdən danışıblar. Natiqlər dövlət Başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki proseslərində iştirakının artdığını qeyd ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığı, hər zaman öndə getdiyi vurğulanıb, əminliklə qeyd edilib ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına etimad göstərərək ən layiqli namizədlərə səs verəcəklər.


M.Rzayev YAP-ın Gəncə təşkilatında ilk dəfə səs verəcək seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüşdə iştirak etdi

13.12.2019  [ 11:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024