GƏNCƏ TİBB KOLLECİ

Gəncə ictimaiyyəti Ümummilli lider Heydər Əliyevi yad etdi


Post Image

Dekabrın 12-də Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı  ildönümü ilə əlaqədar Gəncə şəhərində anım mərasimi keçirilib.  Anım günü ilə əlaqədar olaraq ulu öndərin abidəsi önündə izdiham müşahidə edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının işçiləri, Gəncə Tibb Kollecinin rəhbərliyi, müəllim və tələbələri, digər idarə və təşkilatların kollektivləri və şəhər sakinləri Ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad ediblər. Mərasim iştirakçıları Ümummilli liderin Gəncənin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.

Anım mərasimində iştirak edən ziyalılar, şəhər sakinləri Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Qeyd olunub ki, Gəncə daim Ümummilli liderin diqqət və qayğısını hiss edib. Respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə bu böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Qeyd olunub ki, ulu öndər Gəncəni ölkənin iqtisadi mərkəzlərindən birinə çevirməklə, şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafına böyük stimul yaradıb.

 

12.12.2019  [ 17:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024