GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində növbəti elmi-nəzəri konfrans keçirildi


Post Image

Dekabrın 10-da Gəncə Tibb Kollecinin akt zalında 5 saylı fənn birləşməsinin nəzdində olan “Anatomiya” və “Gigiyena” fənnləri üzrə növbəti elmi-nəzəri konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev bu kimi konfransların keçirilməsində əsas məqsədin tələbələrin bu mövzular üzrə bilik səviyyələrinin artırılmasından ibarət olduğunu vurğuladı. M. Rzayev qeyd etdi ki, bu istiqamətdə həm beynəlxalq, həm də yerli təcrübələrdən istifadə olunmaqla bilik və bacarıqların artırılmasına çalışmaq lazımdır.

Kollecin həkim-müəllim heyətinin və tələbələrin də qatıldığı konfransın əsas mövzuları “Kəllə sümükləri və yaş xüsusiyyətləri”, həmçinin “Qidalanmanın sağlamlığa təsiri” idi. Mövzular üzrə çıxışlar məruzəçilərin slayd və videoçarxları müşaiyət olundu.

10.12.2019  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024