GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb kollecində “Gigiyena” fənni üzrə elmi-nəzəri konfrans keçirilib


Post Image

Dekabrın 5 - də Gəncə Tibb Kollecinin akt zalında 5 saylı fənn birləşməsinin nəzdində olan “Gigiyena” fənni üzrə  elmi-nəzəri konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev bildirib ki,  tələbələrin şəxsi gigiyenası və özünəqulluq ən vacib məsələlərdən biridir.

Konfransda həkim-müəllim heyəti və tələbələrlə yanaşı Gəncə şəhər Gigiyena Epidemiologiya Mərkəzinin Sanitariya Gigiyena şöbəsinin müdiri Əli Qarayev də iştirak etmişdir. Konfransda “Dərinin anatomiyası və Fiziologiyası”,  “Dəriyə və ağız boşluğuna qulluq, geyimin gigiyenası”, həmçinin “Bədənin möhkəmləndirilməsi və fiziki tərbiyə” mövzularında çıxışlar edilmişdir.

Sonda Əli Qarayev mövzularla bağlı tələbələri maraqlandıran sualları cavablandırmışdır.

05.12.2019  [ 19:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024