“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 500 gənc könüllünün iştirakı ilə “Könüllülük Sərhəd Tanımır!” aksiyası keçirilib. Aksiya çərçivəsində dekabrın 3-də Quba, Lənkəran, Zaqatala, Şəki, Mingəçevir, Gəncə şəhərlərində fəaliyyət göstərən uşaq evləri, internat məktəbləri və ahıllar evlərini ziyarət edən könüllülər uşaqlara dəstək və qayğı nümayiş etdirib, onlarla müxtəlif oyunlar oynayıb, əyləncəli proqramlar təşkil ediblər.
“Könüllülük Sərhəd Tanımır!” aksiyası Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilib. Bu könüllülər arasında Gəncə Tibb Kollecinin aktiv tələbələri də olub.
Dekabrın ilk günündən “ŞəhidimİZ” və “VətənimİZ” kampaniyaları ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi” ayın 9-na kimi bütün ölkə üzrə tədbirlərlə davam edib.