GƏNCƏ TİBB KOLLECİ

“Şəhidimiz” kampaniyasına Gəncə Tibb Kollecinin tələbələri də qoşuldu


Post Image

Dekabrın 1-də Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində  “Şəhidimiz” kampaniyasına start verilib.

Tədbirdə Gənc Könüllülər, ASAN Könüllülər, RİİB Könüllüləri, BİR Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər hərəkatları təmsil edən gənclərlə yanaşı  Gəncə Tibb Kollecinin bir qrup aktiv tələbələri də Şəhidlər Xiyabanlarını ziyarət edib, daha sonra şəhid olan soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər.
“Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub.

“Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılmışdır. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

 

02.12.2019  [ 10:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024