18-19 may tarixlərində 73-cü Ümumdünya Səhiyyə Assambleyası dünyada mövcud COVID-19 pandemiyası şəraiti ilə əlaqədar videokonfrans formatında keçirildi. Sessiyada COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə, mütəşəkkillik və görüləcək fəaliyyətlərin müzakirəsi olunub. Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları ÜST təşkilatına üzv olan 194 dövlətin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələrindən ibarət idi.
Tədbirdə çox geniş və izahlı çıxış edən Azərbaycanın Səhiyyə Naziri, professor Oqtay Şirəliyev ölkəmizdə bu dəhşətli virusla mübarizə istiqamətində görülən əməli tədbirlərdən danışıb:
“Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirmişdir ki, bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3274 yoluxma halı qeydə alınıb, onlardan 2015-i sağalıb, ölüm halları isə 1,2% təşkil edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa çağırışla müraciət etmişdir ki: «Biz birlikdə güclüyük». Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar” deyə Səhiyyə Naziri əlavə edib.
Professor Oqtay Şirəliyev bildirib ki, Azərbaycan bundan sonra da beynəlxalq təsisatlarla və dünya birliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır:
“Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcəkdir".
Azərbaycan Səhiyyə Naziri, Professor Oqtay Şirəliyevin çıxışı
Səhiyyə Naziri Oqtay Şirəliyevin çıxışı (73-cü Ümumdünya Səhiyyə Assambleyası