GƏNCƏ TİBB KOLLECİ

Dövlət başçısı qanunsuz əməllər edən məmurlara qarşı mübarizədə qətiyyətlidir


Post Image

Ölkə başçısı cənab İlham Əliyevin rüşvətxorluq və korrüpsiyaya qarşı mübarizə tapşırığına məhəl qoymayan, bu çətin dövrdə vətəndaşlara ayrılan yardımların mənimsənilməsi faktı ilə daha bir icra başçısı həbs edilib. 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür.

Prezident İlham Əliyev çıxışı zamanı rüşvətxor və dövlət əmlakını mənimsəyən, vətəndaşları incidən, dövlət nümayəndəsi  adına xələl gətirən məmurlar barədə çox ciddi tədbirlərin görüləcəyini vurğulayıb:

“ İndiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir. Son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi, yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar" deyə dövlət başçısı bildirib.

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublika Prokrorluğunun və Korrupsiyaya qarşı Mübarizə idarəsinin əməkdaşlarının sayıqlığı nəticəsində bir neçə rayonun icra başçıları, yerli icra nümayəndələri korrupsiya və rüşvətxorluq, o cümlədən özgə mülklərinin müxtəlif yollarla özününküləşdirilməsi , dövlət əmlakının mənimsənilnəsi faktları ilə aşkar edərək cinayət məsuliyyətinə cəlb edirlər. Bu tədbirlər dövlət başçısının qətiyyəti və bu kimi neqativ hallara qarşı barışmaz mövqeyinin nəticəsidir.

07.05.2020  [ 16:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024