GƏNCƏ TİBB KOLLECİ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərinin videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib


Post Image

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Tədbirdə çıxış edən dövlət başçısı Şura üzvlərinə video konfrans vasitəsilə bir araya gəlmə təşəbüssünü dəstəklərikləri üçün onlara minnətdarlığını bildirib. Cənab İlham Əliyev vurğulayıb ki, bu gün bütün dünyanı dəhşətə gətirən COVİD 19 pandemiyasına qarşı bütün dövlətlər birləşərək birgə mübarizə aparmalıdırlar. Prezident İ.Əliyev pandemiyanın ilk günlərindən bəzi ölkələr və beynəlxalq təşkilatlar koronavirus qarşısında çaşqın qaldıqlarının, özünə qapanmalarının şahidi olduq. Lakin hər kəsin qapisini döyə biləcək bu dəhşətli virusa qarşı yalnız biləşərək birgə mübarizə nəticəsində effektiv nəticəyə nail olmaq olar. Sonra dövlət başçımız pandemiya dövründə Azərbaycanda aparılan qabaqlayıcı tədbirlərdən, görülən izolyasiya və sosail dəstək tədbirlərindən, pandemiyadan əziyyət çəkən insanlara və iş adamlarına, şirkətlərə və özəl sektora göstərilən yardımlardan söhbət açıb, Azərbaycanın koronovirusun törətdikləri dəhşətlərdən minimum itkilərlə çıxması üçün həyata keçirdiyi layihələrdən danışıb.

Cənab İlham Əliyev vurğulamişdir ki, ölkəmizdə aparılan qabaqlayığıcı tədbirlər, xəstələrin yüksək səviyyədə müayinə və müalicə aparılması üçün yaradılan tibbi şərait Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Sonra digər Türk dilli Dövlətlərin rəhbərləri də çıxışlar edərək pandemiya ilə birgə mübarizə istiqamətində öz fikir və təkliflərini irəli sürmüşlər. Sonda dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevə belə bir çətin dövrdə video konfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi təklifi üçün öz minnətdarlıqlarını bildiriblər.

06.05.2020  [ 13:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024