Fevralın 24-dən martın 1-i tarixinədək Lənkəran şəhərində, AMAL Akademiyası Qış Məktəbi keçirilimşdir. Tədbiri AMAL-ın Milli Proqram rəhbəri Elvin Nəbiyev açaraq iştrakçıları salamlayaraq onlara uğurlar arzu etmişdir. Sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov çıxış edərək qız məktəbinin gənclərin inkişafında rolundan danışmışdır.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov, Lənkəran rayon İcra hakimiyyətinin başçısının müavini Xalid Rəhimov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Lənkəran Peşə liseyinin direktoru Afər Kərimov çıxış edərək iştrakçıları təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Ləman Cahangirlinin də qatıldığı AMAL Akademiyası Qış məktəbinin rəsmi bağlanış mərasimində iştirakçılar AMAL - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, FAO Azərbacan tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov və AMAL Milli proqram rəhbəri Elvin Nəbiyev tərəfindən xüsusi sertifikatla təltif olunmuşlar.