GƏNCƏ TİBB KOLLECİ

“Ümümdünya Mülki müdafiə günü” Gəncə Tibb Kollecində qeyd olundu


Post Image

Fevralın 28-də “Ümümdünya Mülki müdafiə günü” münasibətilə Gəncə Tibb Kollecində bütün şəxsi heyət və tələbələr cəlb olunmaqla mülki müdafiə tədbiri keçirilmişdir.

Tədbirin nəzəri hissəsində kollecin Mülki Müdafiə Qərargah rəisi Sevda Abbasova  çıxış  edərək bu 1 mart beynəlxalq Mülki Müdafiə  günü barədə şəxsi heyətə və tələbələrə məlumat vermişdir. Sonra 34-cü qrup tələbəsi Mehriban Hüseynova və Afaq Dəmirova mülki müdafiə günü, mülki müdafiə qaydaları barədə məruzələrlə şıxış etmişdirlər.

Çıxışlardan sonra həyacan siqnalı ilə şəxsi heyətin təxliyyəsi ilə tədbir başladı. Tələbələrə fövqəladə hallar zamanı hərəkət qaydaları və ilk yardım zamanı hansı vasitələrdən necə istifadə edəcəkləri barədə  məlumatlar verildi.

29.02.2020  [ 10:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024