Fevralın 24-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə "Region Gənclərinin 1-ci Tibb Məktəbi" adlı layihənin açılış mərasımı keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılmasıdır:
“"Region Gənclərinin 1-ci Tibb Məktəbi" bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu sahədə olan problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu sahədə gənclərin rolunu artırmaqdan ibarətdir” deyə R. Vəliyev vurğulayıb.
Tədbirdə o da vurğulanıb ki, layihə tibb sahəsində dövlət sektorunun iştirakının tibb sənayəsinin inkişafı ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, iştirakçılara praktiki təcrübə keçmək üçün şəraitin yaradılması əsas məqsədlərdəndir. Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir.
Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir.Layihədə iştirak edən 130 nəfər gəncə beş gün müddətində müxtəlif mövzularda təlimlər keçirilib və onlar üçün praktiki yolla tibb sahəsində olan məlumatlar çatdırılıb. Həmçinin, gənclər Gəncə Beynəlxalq Xəstəxanasına ekskursiya edəcəklər və oradakı müasir avadanlıqlar ilə tanış olacaqlar. Layihənin davamlılığının təmin olunması məqsədilə seçilən layihə iştirakçıları Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər.
Qeyd edək ki, layihəyə online qeydiyyat vasitəsilə 400 nəfərdən artıq gənc müraciət etmişdi, onlardan 130 nəfər gənc seçilərək layihədə iştirak haqqı qazanmışdı.
Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.