GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin kollektivi “Xocalı tarixin qan yaddaşı” adlı tədbirdə iştirak edib


Post Image

Fevralın 17-də Gəncədə “Xocalı tarixin qan yaddaşı” adlı tədbir keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hər il baş tutan “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində faciənin 28-ci il dönümü ilə əlaqədar təşkil olunan toplantıda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, YAP Gəncə şəhər təşkilatıının sədri, millət vəkili Naqif Həmzəyev, “Məriz” filmin ssenari müəllifi, quruluşçu rejissoru, baş prodüsseri və montajçısı Elvin Abdullayev, Tural Nurməmmədov, Ülkər Əbülfət, Məhəbbət Paşayev, Əsəd Fərəcov və başqaları çıxış edərək, Xocalı faciəsindən, erməni vandalları tərəfindən əliyalın əhalinin başına gətirilən müsibətlərdən söz açıblar. Natiqlər “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri yüksək qiymətləndirib, bəşəriyyət tarixində misli görünməyən soyqırımın Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini qeyd ediblər. “Emedia Group” Media təşkilatının təşkilatçılığı ilə YAP Gəncə şəhər təşkilatıının qərargahında reallaşan tədbirdə Gəncə Tibb Kollecinin həkim-müəllim kollektivi və tələbələri də iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir Qarabağ müharibəsində bir ailənin faciəsini özündə əks etdirən 10 dəqiqədən ibarət qısametrajlı “Məriz” filminin  nümayişi ilə davam edib.

Sonda tədbir iştirakçıları peşəkar rəssamların və heykəltaraşların əsərlərindən ibarət “Xocalı Tarixin Qan Yaddaşı” adlı beynəlxalq sərgi ilə tanış olublar.

18.02.2020  [ 11:25 ]
Bütün hüquqlar qorunur.!  ©  2024