Fevralın 16-da Ermənistan silahlı qüvvələri bölmələrinin cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov böyüyüb boya başa çatdığı Gəncə şəhərində dəfn edilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, Gəncə Tibb Kollecinin həkim - müəllim heyəti, tələbələri, şəhər sakinləri iştirak edib.
1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin anasına təqdim edilib.