Fevralın 14-də Gəncə Tibb Kollecinin tələbələri Gəncə Şahmat Məktəbinin akt zalında könüllü gənclərin iştirakı ilə keçirilən "Sağlam həyat - sağlam gənc" adlı konfransda iştirak etdilər. Tədbirdə sağlam həyat tərzinin əhəmiyyəti, zərərli vərdişlərdən qorunmaq qaydaları, bunun hansısa qadağa ilə deyil, könüllü olduğu, hər bir fərdin öz əhatəsində sağlam həyat tərzinin təbliğində əhəmiyyətli rol oynamağının vacibliyi barədə tövsiyyələr verilib.
Tədbirdə iştirak edən 50 nəfər gənc düzgün rasional qidalanma, tütünün zərərləri, idmanın orqanizmə faydaları, bir çox xəstəliklərin əmələ gəlmə səbəbləri, profilaktika yolları və s. haqqında məlumat verilib.