GƏNCƏ TİBB KOLLECİ

Tələbələrimiz növbəti layihədə iştirak ediblər


Post Image

Fevralın 10-dan 14-ə kimi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinə Gəncə şəhərində start verilib.  Fondun qrant müsabiqəsinin qalibi olan Orxan Əhmədovun rəhbərliyi ilə həyata  keçirilən  layihənin məqsədi Gəncədə yaşayan, təhsil alan gənclərin yerli və beynəlxalq layihələr zamanı könüllü kimi iştirak etmələrində bilik və bacarıqlarının artırılmasına töhfələr verməkdir. Eyni zamanda, təlimçilər tərəfindən gənclərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün müxtəlif sahələrdə müzakirələrin aparılması, problemlərin optimal həlli yolları əsas müzakirə mövzusu olub.  Tədbirdə Gəncə Tibb Kollecinin tələbələri də yaxından iştirak ediblər.

Orxan Əhmədov layihə barədə gənclərə ətraflı məlumat verərək  onlara uğurlar arzulayıb.

Sonra təlimçi Hüseynxan Hacızadə gənclərə "könüllülük", "liderlik", "komanda işi" kimi mövzular barədə geniş danışaraq qruplarla necə işləmək formalarını izah edib.

Sonra gənclər 10 nəfərdən ibarət 5 qrupa bölünərək komanda işi, etiket qaydalarından bəhs edən panellərə keçid alıblar.  Layihə çərçivəsində iştirakçılar ilk öncə qrup işlərinin təqdimatlarını edərək, Gəncənin tarixinə ekskursiyalar ediblər. Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya müzeyi Abidə Kompleksini, Nizami Gəncəvi Məqbərəsini, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini, Gəncə xanı Cavad xan məzarını ziyarət edən gənclər, Tarixi Butulkalı evlə tanış olaraq şəhərin tarixi ilə bağlı ətraflı məlumat əldə edib, tarixi biliklərini daha da zənginləşdiriblər.

Layihənin 4 cü günü iştirakçılar sertifikatla mükafatlandırılıblar.

15.02.2020  [ 11:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024