GƏNCƏ TİBB KOLLECİ

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib


Post Image

Yanvarın 20-də Gəncədə ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, şəhid ailələrinin yaxınları ilə yanaşı Gəncə Tibb Kollecinin müəllim və tələbə kollektivi də iştirak edib.

Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itgin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş, üzərində 90 nəfərin adları yazılmış abidə ziyarət olunub, önünə əklillər və gül dəstələri qoyulub. Daha sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Saat 12:00-da avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

24.01.2020  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024