GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində YAP-ın 34 illiyi ilə əlaqədar tədbirlər keçirilib.


Post Image


Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyi ilə əlaqədar Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində konfrans, mühazirə və dəyirmi masa keçirilib. 

“34 il əvvəl Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. O zaman həmin tarixi gündə dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında o zamanki hakimiyyətə müxalif olaraq Naxçıvanda təsis olunan YAP çox az bir zamanda bütün ölkədə böyük nüfuz qazanmağa başladı. Bu da təsadüfi deyildi. Ümummilli liderə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə dahi şəxsiyyət, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi”. Bu fikirləri Gəncə Tibb Kollecində keçirilən konfransda Əməkdar həkim, Mehman Rzayev söyləyib. Direktor vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və rəhbərliyi bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən YAP-ın Azərbaycanımızın çiçəklənməsində, inkişaf etdirilməsində və nəhayət, 30 il işğalda olan torpaqlarımızın azad olunmasında, milli suverenliyimizin bərpa olunmasında rolu əvəzolunmazdır.

Kollecdə YAP-ın 34 illiyi ilə əlaqədar keçirilən mühazirə və dəyirmi masa da Azərbaycanın hakim partiyası olan və artıq 700 000 dən artıq üzvü ətrafında birləşdirən YAP-ın Azərbaycanın bütün dünyada inkişaf etmiş sivil ölkə kimi tanınmasında ən vacib rolu var. O da qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan, Azərbaycanımızın suverenliyini və ərazi bütövlüyünü təmin edən, ölkəmizi dünyada tanıdan, Qafqazın lider dövlətinə çevirən Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətinə bundan sonra da sadiq qalaraq dövlətimizin bütün göstəriş və tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirəcəklər.

 

20.11.2026  [ 16:37 ]
Bütün hüquqlar qorunur.!  ©  2024