GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Uşaq Hüquqları Aylığı” çərçivəsində“ silsilə tədbirlər keçirilib


Post Image


 “Uşaq Hüquqları Aylığı” çərçivəsində“ Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Uşaq hüquqlarını qoruyaq” mövzusunda konfrans, mühazirə və dəyirmi masa keçirilib. 

“Hüquqi dövlət quruculuğunda sağlam ruhlu vətəndaşın yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. İnsana, xalqa, dövlətçiliyə münasibətində ciddi, təəssübkeş, insanlığın qaydalarına əməl edən şəxslərin varlığı cəmiyyətin özülü sayılır. Yaxşı insanlar yaxşı cəmiyyət yaradırlar. Buna görə cəmiyyətin əsas özəyi hesab edilən uşaqlarımızı qorumalı, onların hüquqlarına hörmətlə yanaşmalıyıq ki, onlar da elə uşaq yaşlarından özlərini bizim gələcəyimiz və davamçılarımız olaraq əsl vətəndaş hiss edə bilsinlər”,-bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 20 noyabr Ümumdünya Uşaq Hüquqları günündə həsr olunan “Uşaq hüquqlarını qoruyaq” mövzusunda keçirilən konfransda vurğulanıb. Qeyd olunub ki, uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olur. Davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilib.

Dəyirmi masada kollecin həkim-müəllimi Zərqələm Cəfərova vurğulayıb ki, uşaqlar Azərbaycanın gələcəyidir və hər bir uşaq doğulduğu andan etibarən cəmiyyətin bərabərhüquqlu üzvü hesab olunur:

“ Yaxşı insanlar yaxşı cəmiyyət qururlar. Buna görə cəmiyyətin əsas özəyi hesab edilən uşaqlarımızı qorumalı, onların hüquqlarına hörmətlə yanaşmalıyıq ki, onlar da elə uşaq yaşlarından özlərini bizim gələcəyimiz və davamçılarımız olaraq əsl vətəndaş hiss edə bilsinlər” deyə Cəfərova əlavə edib.

“Uşaq hüquqlarını qoruyaq” adlı mühazirədə kollecin müəllimi Leyla İsmayılova qeyd edib ki, dünyadakı bütün uşaqların doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının qorunması qanunla tənzimlənir. Mühazirədə o da vurğulanıb ki, Azərbaycanda uşaq hüquqlarının qorunması 1959-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Uşaq Hüquqları Bəyannaməsi" ilə yanaşı, 1989-cu ildə qəbul edilən və Azərbaycan tərəfindən də təsdiqlənən Uşaq Hüquqları Konvensiyasına əsaslanır.

20.11.2026  [ 16:32 ]
Bütün hüquqlar qorunur.!  ©  2024