
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bir qrup kollecin tələbəsi Gəncə Memorial Kompleksini ziyarət edib, memorial lövhənin qarşısına güllər qoyaraq 44 günlük müharibədə şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra kollecdə “ 44 günlük Zəfər yolu” adlı açıq dərs və “Zəfərə gedən qəhrəmanlıq səlnaməsi” adlı dəyirmi masa keçirilib. Çıxış edənlər Vətən müharibəsində Müzəffər Ali Baş komandanın Dəmir yumruğu ətrafında sıx birləşən Azərbaycan xalqının mərdliyi və dəyanətindən, canları və qanları bahasına işğal altında olan torpaqlarımızı azad edən rəşadətli ordumuzun qəhrəmanlıqlarından danışıblar.