
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “İlkin tibbi yardım” mövzusunda maarifləndirilmə seminarı keçirib. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları ilə birgə təşkil olunan seminarda Gəncə və ətraf rayonların bələdiyyə sədrləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Mülki-müdafiə qərargah mühəndisi Sevda Abbasova kollecin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edib, kollecin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla qarşılandığını vurğulayıb.
Seminarda həkim-müəllim Cəvahir Qarayeva qanaxmalar, travma, boğulmalar, zəhərlənmələr, suda boğulma, ilan sancması, yanıqlar, epileptik tutmalar, cərəyan və ildırım vurması, arı sancması göstərilən ilk tibbi yardımlar haqqında geniş məlumatlar verib. Sonda İştirakçıları maraqlandıran suallar cavablandırılıb.