
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Gəncə Tibb Kollecində tədbir keçirilib. Tədbirdə dövlət himnimiz səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə kollecin rəhbərliyi, pedaqoji kollektiv və tələbələr iştirak edib. Çıxış edən natiqlər vurğulayıblar ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayib. Çıxış edən natiqlər müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan tələbələrin partiya biletləri təqdim olunub.