GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Gənclər Evində “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual-əyləncəli oyunu keçirilib.


Post Image

Gəncə Tibb Kolleci, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi birgə təşkilatçılığı ilə baş tutan oyunda 8 komanda üzrə ümumilikdə 40 nəfər gənc iştirak edib.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummili lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

   Sonra tədbir iştirakçılarına 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib.

   Qeyd olunub ki, bu intellektual oyunun təşkilinin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik tariximizə və müstəqilliyimizin bərpasına dair biliklərin artırılması, intellektual potensialın üzə çıxarılması, analitik düşünmə və komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirilməsi olub.

   İntellektual oyun zamanı iştirakçılara Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyimizin bərpası, milli-mənəvi dəyərlər, ölkəmizin tarixi və mədəni irsi, eləcə də ümumi dünyagörüşü ilə bağlı suallar təqdim edilmişdir. Komandalar sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdirib, sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq şəraitində mübarizə aparıblar.

    Oyunun sonunda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

15.10.2026  [ 10:31 ]
Bütün hüquqlar qorunur.!  ©  2024