GƏNCƏ TİBB KOLLECİ

Prezidetn İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli çıxışı ilə bağlı Gəncə Tibb Kollecində görüş keçirildi


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində, YAP Gəncə şəhər təşkilatının 7 saylı (Gəncə Tibb Kolleci) Ərazi Partiya Təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələr və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərə həsr olunan görüş keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:

 “Qurultayda səsləndirilən fikirlər və qarşıya qoyulan hədəflər ölkənin inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Gəncə Tibb Kollecinin direktoru, YAP-ın VIII Qurultayının nümayəndəsi Mehman Rzayev vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün təşkilati işlərin gücləndirilməsi, partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və cəmiyyətin inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi vacibdir.

YAP Gəncə şəhər təşkilatının 7 saylı - Gəncə Tibb Kolleci ərazi partiya təşkilatının sədr müavini Mətanət Nəbizadə ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasının, partiya üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsinin və ictimaiyyətlə müntəzəm əlaqələrin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. 

Tədbirdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən prioritetlər, qarşıdakı dövrdə partiya təşkilatlarının fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, partiyanın ictimai-siyasi fəaliyyətinin daha da gücləndirilməsi, vətəndaşlarla əlaqələrin inkişaf etdirilməsi və müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.

09.10.2026  [ 18:09 ]
Bütün hüquqlar qorunur.!  ©  2024