
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 2026-cü il tədris ili üçün Mülki müdafiə tədbirlər planına müvafiq olaraq 06.10.2026-ci il tarixdə «Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti» mövzusunda Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd: “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası qanunun tələblərinin yerinə yetirilməsi, Mülki müdafiə qüvvələrinin sənədlərinin rəhbər sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılmasıdır. Bundan başqa toplanış zamanı fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi, Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxeminə müvafiq olaraq, fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin və rəhbər heyətinin xəbərdarlıq toplanışı üzrə fəaliyyətinin yoxlanılması, həmçinin fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsidir.
Bu məqsədlə kollecdə MM qərargah mühəndisinin tərəfindən verilmiş həyacan siqnalı ilə saat 11.00-da xəbərdarlıq sxeminə uyğun olaraq, obyekt Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, rabitə və xəbərdarlıq manqası tərəfindən xəbərdar olundu. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti xəbərdarlıq siqnalı üzrə təyin olunan yerə, kollecdə qabaqcadan müəyyən olunmuş ərazisində hesabata uyğun olaraq toplanmasına nəzarət olundu və bu barədə komandir-rəis heyətin məruzəsi dinlənildi.
Kollecin mülki müdafiə qərargah rəisi Sevda Asbbasova məşqin məqsədini və direktorun müvafiq əmrini məşq iştirakçılarına çatdırdi. .
Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı obyekt Mülki müdafiə qüvvələri ilə sıra baxışı keçirildi, şəxsi heyətin siyahısı, ştat üzrə təhkim olunan avadanlığın varlığı, işlək vəziyyətdə olması yoxlanıldı. Bundan əlavə, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə məşq iştirakçılarına təlimat verildi.