
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Azərbaycan Respublikası Prezidentinin "Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 15.10.2025-ci il tarixli 744 nömrəli Sərəncamının icrası ilə bağlı maarifləndirici tədbir keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi ilə razılaşdırılmaqla, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktorunun tapşırığı ilə FHN Gəncə Regional Mərkəzinin zabitlərinin iştirakı ilə təşkil olunan tədbirdə kollecin əməkdaşlarıı, tələbələr, Gəncə şəhərində yaşayan işləyən və işləməyən əhali iştirak edib.
Tədbiri giriş sözü ilə açan kollecin direltoru Mehman Rzayev “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcən profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılmasını çox vacib bir addım kimi qiymətləndirdi.
Sonra çıxış edən Gəncə Tibb Kollecinin Mülki-müdafiə qərargah mühəndisi Sevda Abbasova nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar əhalinin hazırlıq səviyyəsinin artırılması məqsədilə həyata keçiriləcək profilaktika və təhlükəsizlik üzrə maarifləndirmə tədbirləri çərçivəsində fərdi mühafizə və fərdi tibbi mühafizə vasitələrindən istifadənin, nüvə və digər kütləvi qırğın silahının tətbiqi təhlükəsi ilə əlaqədar əhaliyə davranış üsullarının əhaliyə öyrədilməsinin önəmini vurğuladı.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, kapitan Elçin Məmmədov “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükədən müdafiə olunması” üçün dinləyicilərlə maarifləndirici söhbətlər apardı. Kapitan Musa Quliyev isə “Fərdi mühafizə vasitələrindən” istifadə qaydalarını izah etdi.
Gəncə Tibb Kollecinin həkim-müəllimləri Gülnara Mustafayeva və Mehparə Quliyeva “ Ümumi zəhərlənmələr”, “ Kimyəvi zəhərlənmələr”, “Kimyəvi yanıqlar” və digər mövzular haqqında dinləyiciləri maarifləndirdilər.