GƏNCƏ TİBB KOLLECİ

Kollecin həkim-müəllimləri FHN-nın təşkil etdiyi tədbirdə çıxış ediblər.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Gəncədə fəaliyyət göstərən ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplanışda çıxış ediblər. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının akt zalında təşkil olunan təlimdə Gəncə şəhər məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərlərindən 500 nəfər dinləyici qismində iştirak edib. Tədbirdə kollecin həkim-müəllimi Gülnarə Mustafayeva  “İlkin tibbi yardım - Təməl həyat dəstəyi” mövzusunda çıxış edib. O, qanaxmalar, sınıqlar, bayılmalar, dəm qazından və qidadan zəhərlənmələr zamanı yad cismin çıxarılması, süni tənəffüs verilməsi və. s haqqında geniş məlumat verərək manikenlər və insanlar üzərində ilk yardımı əyani şəkildə iştirakçıların diqqətinə çatdırıb. Sonda həkim-müəllimlər təlim iştirakçılarının suallarını ətraflı cavablandırıb, maraqlı diskussiyalar aparıblar.

07.09.2026  [ 11:19 ]
Bütün hüquqlar qorunur.!  ©  2024