GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olundu.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev Azərbaycan Silahlı Qüvvələrinin ölkənin müstəqilliyi, suverenliyi və milli təhlükəsizliyinin əsas təminatçısı olduöunu vurğulyaraq qeyd etdi ki, 2020-ci ilin payızında Azərbaycan Ordusunun 44 gün ərzində 30 illik işğala son qoyması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına səbəb oldu. 

Digər çıxış edənlər vurğuladılar ki, Azərbaycanda ordu quruculuğu prosesi üç əsas tarixi mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli ordu quruculuğunun mühüm addımı olsa da, AXC-nin süqutu ilə bu proses dayanıb. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti, eləcə də misilsiz xidmətləri ilə müasir Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynayıb. 1999-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin yaradılması silahlı qüvvələrin döyüş qabiliyyətinin və beynəlxalq nüfuzunun artırılmasına xidmət edən mühüm addımdır. 

Sonda “Müzəffər Azərbaycan ordusu” adlı sənədli film nümayiş olunub.

25.06.2026  [ 17:35 ]
Bütün hüquqlar qorunur.!  ©  2024