GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində İnsan Hüquqları Günü ilə bağlı tədbirlər keçirilib.


Post Image

Səhiyyə nazirliyi Gəncə Tibb Kollecində 18 may -18 iyun insan hüquqları aylığı çərçivəsində insan hüquqları və haqları mövzusunda mühazirə və dəyirmi masa keçirilib. 

Kollecin tarix müəllimi Zərqələm Cəfərova ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. 

Təşkil olunan dəyirmi masada da ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi, bu istiqamətdə qanunvericilik sahəsində reallaşdırılan layihələrdən danışılıb. Qeyd olunub ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub.

Çıxışçılar respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə əldə edilən nailiyyətlərdən bəhs ediblər.

19.06.2026  [ 11:37 ]
Bütün hüquqlar qorunur.!  ©  2024