GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində 15 iyun Milli Qurtuluş gününə həsr olunan konfrans keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “15 İyun – Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konfrans keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. 

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev 15 İyunun Milli Qurtuluş Günü kimi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Qeyd olunub ki, həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. 

Sonra tədbirdə çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin iyununda ölkədə yaranan mürəkkəb ictimai-siyasi durumda Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yarandığı bir zamanda, vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı bir vəziyyətdə Ulu Öndər Heydər Əliyevə xalqın tələbi ilə Bakıya gəlib və iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb.

Natiqlər onu da vurğulayıblar ki, Ümummilli Liderin yenidən Azərbaycanda rəhbərliyə başladığı dövrü ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın qarşısının alındıdığı, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğu tarix kimi yaddaşlarda qaldığını vurğuladılar. 

Tədbir “15 İyun – Qurtuluşdan zəfərə” adlı filmin nümayişi ilə davam etdirilib.

Sonda kollecin tələbələrinin iştirakı ilə şerlər və mahnılar səsləndirilib.

12.06.2026  [ 16:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024