GƏNCƏ TİBB KOLLECİ

“Hüquqlar – hamı üçün” adlı konfrans keçrildi.


Post Image

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan edilən "İnsan Hüquqları Ayı" – 18 May–18 İyun tarix aralığını əhatə edən bu məsuliyyətli dövr çərçivəsində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində "Hüquqlar – Hamı Üçün" adlı mühüm konfrans keçirilib.

Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycanın Dövlət Himninin səsləndirilib. 

Kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev konfransda çıxış edərək Azərbaycan Respublikasında son illər ərzində insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlər, ölkəmizdə həyata keçirilən konstitusion islahatlar, məhkəmə-hüquq sistemindəki yeniliklər və vətəndaşların hüquqi müdafiəsini gücləndirən qanunvericilik aktları barədə danışdı. 

Rzayev həmçinin Azərbaycanın beynəlxalq insan hüquqları konvensiyalarına qoşulması, ölkə daxilindəki monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və ictimai birliklərə dəstəyin artırılması kimi mövzulara toxundu. 

Konfransda digər çıxış edənlər də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin – Ombudsmanın fəaliyyəti, Müvəkkillik institutunun ölkəmizdə 2002-ci ildən bəri vətəndaşların hüquqlarının qorunması istiqamətində həyata keçirildikləri layihələr barədə danışdılar. 

Natiqlər Ombudsmanın apardığı monitorinqlər, dövlət qurumlarına göndərdiyi tövsiyələr, müraciətlərə baxılma statistikası və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq sahəsindəki nailiyyətlər barədə ətraflı məlumat verdilər.

 

10.06.2026  [ 12:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024